Naim Süleymanoğlunun Yapon qızının atalıq iddiasında qərar çıxdı

Baxış sayı:
4390

Ötən il həyatını itirən dünya və olimpiya çempionu keçmiş Azərbaycan kökənli Türkiyə ştanqçısı Nəim Süleymanoğlunun qızı olduğunu iddia edən Yapon Sekai Mori müraciət etdiyi məhkəmədə atalıq iddiası ilə bağlı qərar verilib. Məhkəmə Yapon Sekai Morinin Sülüymanoğlunun qızı olduğuna qərar verib.
 
NƏİM SÜLEYMANOĞLUNUN ÜÇ UŞAĞI DAHA VAR
 
Sekai Moridən başqa, Süleymanoğlunun ikisi İstanbulda, biri isə Ankarada yaşayan üç uşağı daha var. Adının açıqlanmasını istəməyən mənbə "Hesabatın nəticəsinə görə, Süleymanoğlu, üç ayrı qadından 4 uşaq sahibidir. Süleymanoğlunun heç bir qadın ilə rəsmi nikahı olmayıb" deyə, söyləyib.
 
MİRASDAN PAY ALACAQ
 
Məhkəmə qərarına görə, Mori də Süleymanoğlundan qalan mirasdan pay alacaq.
Müxalifət.az