Nailin vurduğu türk vətəndaşlarının durumu AĞIRDIR – XƏSTƏXANADAN AÇIQLAMA

Heydər Əliyev prospektində baş verən dəhşətli qəzada yaralanan Türkiyə vətəndaşlarının vəziyyəti ağır olaraq qalır.
 
 Bu barədə Baku Medical Plazadan məlumat verilib. Həkim Lalə Şəkərovanın sözlərinə görə, qəzada xəsarət alan Mutallib Tekişin vəziyyəti hələ də ağır olaraq qalır. Onun həyat yoldaşı Songül Tekiş isə əməliyyat olunub. Xəstənin durumu orta-ağırdır. Qeyd edək ki, qəzada yaralanan Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş bir neçə ildir ki, Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdə Türk şirkətlərinin birində çalışırlar. Qeyd edək ki, hadisə baş verən anda cütlük yol kənarında dayanıb. Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin yüksək sürətlə idarə etdiyi "Galendewagen" onları vurub. Nail Allahverdiyev barəsində cinayət işi başladılıb, 4 aylıq həbs-qətimkan tədbiri seçilib. /primetime.az