Nağılbazın anası ilə keçmiş xanımı üz-üzə gəldi – Canlı efirdə/Video

Baxış sayı:
6238

Mərhum reper Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva “Səhər-səhər” verilişinin canlı efirində oğlunun ölüm səbəblərindən söhbət açıb.

A.Nağılbaza həsr edilən verilişdə mərhumun xanımı Anjelika da iştirak edib. Reperin anası verilişə telefon zəngi ilə qoşulub və oğlunun ölümündə gəlinini günahlandırıb: “Mənim oğlum səbəbsiz yerə dünyadan köçdü. Zülm çəkdi, ona stress yaşatdılar. Anarın ölümünə dözə bilmirəm. Heç dilimə də gətirə bilmirəm ki, oğlum ölüb. Bu gəlin mənim oğlumu çox əsəbiləşdirdi. Ona çox zəng edirdi, özündən çıxarırdı. Videoda yer alan qadın da gəlinimin rəfiqəsidir. Balam vaxtsız bu dünyadan köçdü. Oğlumun replərini eşidəndə elə bilirəm ki, heç ölməyib”.

Daha sonra reperin atası Rizvan Cəbiyev oğlunun ölümü barədə danışıb: “Nəvələrim mənim ən yaralı yerimdir. Mən gəlinimlə danışmırdım. Çünki Anarın ölümündə günahkar onu bilirik. Sonuncu dəfə sənəd işi ilə bağlı mənə müraciət etdi. Mən də nəvələrimə görə hara lazımdırsa, gedə biləcəyimi dedim. Gəlinin üzünü görməmək üçün ölüm kağızının surətini çıxarıb fonda verdim. Sonra mənə dedi ki, uşaqlar mənlə danışmaq istəyir. Mənə zəng etdi, uşaqlar da dəstəyi götürmədi. Uşaqlar bizi çox sevirlər. Yəni bizə qarşı döndərdi. Bir dəfə yoldaşım dedi ki, gedək uşağı götürək. Gəlində deyib ki, sizin nə haqqınız var ki? Əvvəlcə uşağa ev alın, daha sonra görün”.

Mərhumun valideynlərinin söylədiyi iddialara sonda Anjelika etiraz edib.

Qeyd edək ki, A.Nağılbaz avqustun 4-də dünyasını dəyişib.