Nadir Qafarzadə: "Afaq Aslan "Xalq artistləri"nin yanında toya getməlidir" - VİDEO

Baxış sayı:
339

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.
Muxalifet.az xəbər verir ki, sənətçi həmkarlarını tənqid edib:
"Trenddə yoxam. Amma gündəmdəyəm, aktualam. Trenddə olanları heç bir konsertdə görmürəm. İnstaqram fenomenləri tükəniblər. Bir müddət çıxıb partlatdılar, sonra yox oldular. Bu gün şou-biznesdə mənim üçün bir nömrə Röya Ayxandır. 20 ildir ki, səhnədədir. Hər zaman aktualdır. Damla son zamanlar işləmir. Bir ara hər yerdə Damla idi. Son zamanlar təzə heç nə yoxdur. Bu gün bir çox "xalq artistlərimiz" var ki, xaric oxuyurlar. İfaları bərbaddır. Canlı oxuya bilmirlər. Afaq Aslan onların yanında toya getməlidir".