Nabranda batıb, meyiti Rusiyada tapılan Polad haqqında YENİ FAKTLAR- Anası oğlunun ölümünü görün necə öyrənib

Baxış sayı:
15292

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini, 11 yaşlı Həsənov Polad İlham oğlunun cansız bədəni Xəzərin Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhəri sahillərində aşkarlanıb. BiG.AZ 11 yaşlı Polad Həsənovla bağlı yeni məlumatlar əldə edib. Belə ki, 11 Polad Həsənovun meyiti gecə saat 3-də tapılıb. Az yaşlının meyiti bu gün Azərbaycana gətirilir. Polad Həsənov 13-14 yaşlı 33 şagirdlə birlikdə müəllimləri tərəfindən Gənclər və İdman Nazirliyinin nəzdində olan yay düşərgəsinə gedib. Anası uşağın dənizdə batdığını televiziyada gedən xəbər buraxılışından öyrənib. Polad Həsənovun boğulduğunu görən müəllim onu xilas etmək üçün dənizə girir. Lakin müəllim boğulduğunu hiss edib dənizdən çıxır. Polad Həsənovu atası yoxdur. Onu anası tək başına böyüdürdü.