​Nabranda 36 yaşlı kişi dənizdə boğulub

Xəzər dənizinin Xaçmaz rayonu sahilində dənizdə çimmək istəyən şəxs boğulub.
Məlumata görə, boğulan şəxs Xaçmazın Qaraçay-cek kənd sakini, 1980-ci il təvəllüdlü Anar Ayaz oğlu Qurbanovdur. Onun meyiti sudan çıxarılıb, tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb(apa).