"Nabranda 3 uşaq dənizdə boğulurmuş" - Dərbəndə meyti tapılan azyaşlı ilə bağlı TƏFƏRRÜAT

Baxış sayı:
196

Nabranda dənizdə batan, Rusiyanın Dərbənd şəhəri sahilində meyiti tapılan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun ölümün təfərrüatları məlum olub.

Unikal.org-a daxil olan məlumata görə, hadisə Gənclər və İdman Nazirliyinin azyaşlılar üçün təşkil etdiyi düşərgədə olarkən baş verib.

Məsələ ilə bağlı Unikal.org-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova hadisənin təfərrüatını açıqlayıb:

“Hadisə  Gənclər və İdman Nazirliyi yanında Olimpiya İdman Liseyinin İdman Sağlamlıq Düşərgəsində baş verib. Həmin təlim-məşq düşərgəsində olan uşaqlara nəzarət olub. Suda batan azyaşlı da nəzarətsiz olmayıb, dənizdə üzərkən çox uzağa da getməyib. Sadəcə olaraq ani vaxtda su axının gəlməsi nəticəsində 3 uşaq boğulmağa başlayıb. Bu azyaşlılardan ikisini müəllimləri xilas edə bilib. Təəssüflər olsun ki, 11 yaşlı Polad Həsənovu xilas etmək mümkün olmayıb və onu su axını aparıb. Həmin vaxt azyaşlıları xilas edən müəllimi də boğulma təhlükəsi ilə üzləşib”. 

Nazirlik rəsmisi hazırda Polad Həsənovun cənazəsini Dərbəddən Bakıya gətirilməsindən də danışıb: “Bilirsiz ki, azyaşlının meyiti  Xəzərin Rusiya Federasiyasının Dərbənd şəhəri sahilində aşkarlanıb. Hazırda onun cənazəsinin gətirilməsi istiqamətində işlər aparılır”.

S.Məmmədova 11 yaşlı azyaşlının dəfn xərclərini nazirlik tərəfindən qarşılanacağını da dilə gətirib:

“Ailəsi ilə danışılıb. Anasına bildirilib ki, Polad Həsənovla bağlı nə dəstək, nə yardım lazımdırsa  nazirlik  dəstək göstərəcək. Hazırda ailənin cavabını gözləyirik”.

"Nabranda 3 uşaq dənizdə boğulurmuş" -Dərbəndə meyti tapılan azyaşlı ilə bağlı TƏFƏRRÜAT