«Nə zaman ki, Ukraynanın prezidenti qadın olacaq…» – Kravçuk

Baxış sayı:
2587

Ukraynanın birinci Prezidenti Leonid Kravçuk hesab edir ki, Ukraynaya sülhü yalnız qadın dövlət başçısı gətirmək gücündədir. «Obozrevatel»in məlumatına görə, eks-prezident bu fikri Lvovda keçirilmiş mətbuat konfransında səsləndirib.
«Mən, düşünürəm ki, əgər çətin vaxtlarda prezident qadın olsaydı, indi Ukraynada müharibə olmazdı. Mən buna əminəm. Düşünürəm, nə zaman ki, prezident qadın olacaq, Ukrayna üçün sülh və sakitlik həlledici amillər olacaq» – deyə, Kravçuk bildirib.
Eks-prezident etiraf edib ki, Ukrayna prezidentliyinə namiz’dlər arasında ona hamıdan artıq sabiq Baş nazir, «Batkivşina»nın lideri Yuliya Timoşenko xoş gəlir. Kravçuk Timoşenkonu icraçı hakimiyyətin təcrübəli nümayəndəsi hesab edir. Onun sözlərinə görə, 2019-cu il prezident seçkilərində qələbəyə Timoşenkonun şansı hamıdan çoxdur.(AzPolitika)