"ƏN YAXIN VAXTDA MÜNAQİŞƏNİN DAYANDIRILMASI ÜÇÜN..." - Rusiya, ABŞ və Fransa təşəbbüslə çıxış edəcək

Baxış sayı:
2355

Rusiya, ABŞ və Fransa yaxın vaxtlarda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslərlə çıxış edəcək.

TASS xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən brifinqdə bildirib.

"Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ən yaxın vaxtda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslər irəli sürəcəklər", - o deyib.