Nə yaraşıq, nə pul,... Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş...

Baxış sayı:
922

İsveçrədə maraqlı araşdırma aparılıb.
Bioloq Claus Wedekind qadınlar kişiləri onların hansı xüsusiyyətinə görə seçdiyini araşdırıb. Araşdırmanın nəticəsi isə gözlənilməz olub.
Bioloq araşdırmada iştirak edən kişilərə 2 gün ərzində eyni köynəyi geyinməyi tapşırıb. Onlara bu müddət ərzində ətir və ya hər hansı dezodorantdan istifadə etmək qadağan olunub.
2 gün sonra həmin köynəkləri qoxlamaq üçün qadınlara verib və hansı qoxunun daha xoş gəldiyini soruşublar.
Qadınların hansı köynəyi seçdiyini qeyd etməzdən əvvəl aşağıdakı məlumatı nəzərinizə çatdırırıq:
MHC molekulu bədənə məxsus qoxunu müəyyənləşdirən gendir. Bu molekulların düzülüşü fərqli bədən qoxusunun yaranmasına səbəb olur. Bundan əlavə, həmin molekullar ağır xəstəliklər zamanı bədənin müqavimətini artıran antikorlar istehsal edir.
İnsanlar daima sağlam, güclü nəsil artırmaq niyyətindədirlər. Buna görə də, həyat yoldaşını seçən qadın, sadəcə, ona xoş gələni deyil, həm də ona sağlam uşağı verəcək kişini seçir. Qeyd etdiyimiz ikinci seçim çox vaxt fərqində olmadan edilir.
Bu seçimdə əsas rolu MHC molekulları oynayır. Qadındakı MHC molekulları ilə kişidəki molekullar bir-birindən nə qədər fərqli olarsa, doğulacaq körpənin xəstəliklərə olan müqaviməti də o qədər çox olur.
Genləri gözlə görmək imkansızdır. Ancaq MHC molekullarının insanın qoxusuna birbaşa təsir etdiyini nəzərə alsaq, insanlar fərqində olmadan bu qoxuya əsasən özünə ən uyğun MHC molekuluna sahib qarşı cinsi seçirlər.
Qısası, nə gözəllik, nə pul, nə də yaraşıq... İnsanı cazibədar edən şey ancaq və ancaq onun qoxusudur.//milli.az