Ən təhlükəli narkotik maddələr ələ keçirildi: 3 İRANLI HƏBS OLUNDU

Baxış sayı:
4906

Türkiyədə Bəylikdüzündə aparılan narkotik əməliyyatında 1-i qadın olmaqla, 3 İranlı yaxalanıb. Əməliyyatda 1 kilo 250 qram toz halında metamfetamin, 16 kiloqram maye halda meramfetamin və narkotik istehsalında istifadə edilən xammal maddələr ələ keçirilib.
 
İstanbul Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları Bəylikdüzündə bir ünvanın narkotik emalatxanası kimi istifadə edildiyini müəyyən edib.
 
DÜNYANIN ƏN TƏHLÜKƏLİ NARKOTİK MADDƏSİ
 
Ünvan müəyyən olunandan sonra əməliyyat keçirilib. Aparılan əməliyyatda narkotiki emal etdiyi irəli sürülən İranlı E.I, A.T və E.E saxlanılıb. Aparılan axtarışda 1 kilo 250 qram toz halında metamfetamin, 16 kiloqram maye halda meramfetamin və narkotik xammal maddələri ələ keçirilib.
İranlıların istehsal etdikləri narkotiklərin bir hissəsini Türkiyədə, geri qalanını da Uzaq Şərq ölkələrinə göndərdikləri təsbit olunub. 3 şübhəli həbs olunaraq həbsxanaya göndərilib.
Müxalifət.az