“Nə qədər ki, neftin qiyməti...” - Manata olan basqılar artır?

Baxış sayı:
7770

Xəbər verdiyimiz kimi, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan iqtisadi ekspert Natiq Cəfərli bunun gözlənilən addım olduğunu deyib:

“Əvvəl ondan başlayaq ki, Federal Ehtiyyat Sisteminin belə bir addım atması gözlənilən idi. Çünki dünyada gedən valyuta müharibələri səbəbilə böyük ixracatı olan ölkələr çalışırlar ki, öz milli valyutaları daha da ucuzlaşsın. Bu ixarcatı stimulaşdıran əsas amillərdən birinə çevrilir. Çinin son zamanlar atdığı addımlar, yəni yuanın ucuzlaşdırılması tarixində ən minimum həddlərdədir. ABŞ tərəfindən də belə bir addım atılacağı gözlənilən idi və baş verdi. Dünyada dollar indeksinin ucuzlaşmasını dünən gecədən bəri müşahidə edirik. Düzdür, kəskin ucuzlaşma deyil, amma 0,50%-ə yaxın dolların ucuzlaşması baş verib".

Eskpert deyir ki, lakin bu ucuzlaşmanın Azərbaycana heç bir aidiyyatı yoxdur:

"Çünki Azərbaycanda məzənnənin inzibati qaydada tənzimləndiyi artıq Mərkəzi Bank tərəfindən də etiraf olunub. Yəni, 2 ilə yaxındır ki, məzənnə inzibat qaydada tənzimlənir. Heç bir bazar qaydalarına və dünyada gedən proseslərə reaksiya vermədən Mərkəzi Bankın qərarı və hökumətin qərarı ilə məzənnə müəyyənləşir. Azərbaycan manatına təsir edən əsas faktor neftin qiymətidir. Nə qədər ki, neftin qiyməti 55 dollar və daha yüksək səviyyədə qalacaq, manata basqılar o qədər də güclü olmayacaq”.