“Nə Putin, nə də Tramp ABŞ-Rusiya hərbi qarşıdurmasına imkan verməyəcək” – LAVROVDAN AÇIQLAMA

Baxış sayı:
3214

“Prezident Tramp və Putin, o cümlədən hər iki ölkənin hərbiçiləri hərbi qarşıdurmaya imkan verməyəcəklər”
Muxalifət.az strateq.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov RİA-ya müsahibəsində deyib.
“Hərbi qarşıdurma riski ilə bağlı məsələyə toxunarkən bildirirəm ki, nə ABŞ, nə də Rusiya prezidenti buna imkan verməyəcəklər. Onlar hər halda xalq tərəfindən seçilmiş liderlərdir və öz xalqları qarşısında sülh və sabitliyə cavabdehdirlər”. 
ABŞ və Rusiya arasında hərbi qarşıdurma ehtimalı Suriyanın Duma şəhərindəki kimyəvi hucum iddiası ilə bağlı ciddi fikir ayrılığı nəticəsində yaranıb.