Ən çox hansı saytlar məmurlar haqda yazıb? – ÖTƏN HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
10573

 
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd edək ki, həftəlik təhlil üçün əldə edilən 112 məlumat ümumilikdə 38 elektron KİV-də yayılmışdır. Onlardan 15-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 23 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:

Ötən həftədə ərzində yenə ən çox bu tip məlumatları paylaşan xalqxəbər.az  saytı olmuşdur. Hansı ki, paylaşdığı 11 məlumatdan 1-i ilk dəfə olaraq bu saytda verilmişdir.
Saytın paylaşdığı məlumatlardan ilk dəfə burada dərc olunan  - “Xaləddin İsgəndərovun maxinasiya xəritəsi - İTTİHAM” adlı məqalə olmuşdur. Yerdə qalan 10 məqalənin 1-i məmur haqqında, 3-ü yenə Xaləddin İsgəndərov, 6-sı isə digər rayon icra başçıları haqqında olmuşdur.


Muxalifet.az