“Ən böyük arzum ölməməkdir” – Ramiz Əzizbəyli

Baxış sayı:
9772

"Gecə heç yatmıram. Yuxum ərşə çəkilib. 9 aydır yataqdayam, ayağım kəsilib”. Muxalifet.az xəbər verir ki, bu sözləri musavat.com-a xalq artisti Ramiz Əzizbəyli "Hər şey daxil" verilişinə açıqlamasında deyib. Verilişin əməkdaşları xalq artistinin evindən canlı yayım edib. Səhhətində problem olan aktyor artıq 9 aydır, yataqda olduğunu söyləyib: "9 aydır, ayağım kəsilib. Onu göstərmək lazım deyil. Hərəkətsizəm, yeməyi də yedizdirirlər. Mənə kaşa yedirirlər. Qızım mənə baxır, çox sağ olsun. Sənət dostlarım da gəlib baş çəkir". R.Əzizbəyli "Əz böyük arzunuz nədir" sualına "Ölməmək, hələ çox yaşamaqdır" cavabını verib. O, evinin vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təmir olduğunu da vurğulayıb.