​“Məzlum Kobaninin Bağdadidən fərqi yoxdur” - ƏRDOĞAN

Baxış sayı:
8684

Türkiyə prezidenti R.T.Ərdoğan 13 noyabr tarixinə planlaşdırılan ABŞ səfəri ərəfəində kritik açıqlamalar verib.
Hurriyyet.org xəbər verir ki, Ərdoğan Macarıstanın baş naziri Viktor Orban ilə birlikdə keçirdiyi mətbut konfransında deyib: “Məzlum Kobani deyilən adamın Bağdadidən bir fərqi yoxdur. O da yüzlərlə insanın qanının axıdılmasına səbəb olmuş bir təşkilatın başçısıdır. Heç kim deməməlidir ki, burada mənim görüşdüyüm terrorçu yaxşıdır, görüşmədiyim pisdir. Cənab Obama dövründə Üsame Bin Ladin də Bağdadi kimi intihar eləmişdi. Deməli, təkcə bu terror təşkilatlarının başçılarını öldürməklə terror bitmir. Birgə əməkdaşlığımız çox mühümdür. Həmçinin, strateji ortaq olaraq da, biz bu ortaqlığımızın şərtlərini yerinə yetirməliyik”.