​Məzahir Pənahov jurnalistlərin iki seçki məntəqəsinə buraxılmamasına MÜNASİBƏT BİLDİRDİ

Baxış sayı:
3349

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 36 saylı Xətai dördüncü seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmaması, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.
“Report” xəbər verir ki, Məzahir Pənahovun sözlərinə görə, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: “Bu, qanuna zidd addımdır. Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur”.