​Məxfi Saakaşvili əməliyyatı: TİFLİS MİNSKLƏ RAZILAŞMAQ İSTƏYİR

Baxış sayı:
3181

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri Mixail Saakaşvilinin Belarusa verilməsi üçün Ukrayna ilə gizli danışıqlar aparır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Rustavi 2” televiziyası yayıb. Televiziya artıq Qomelaurinin Ukrayna hökumət nümayəndələri ilə bir neçə dəfə görüşdüyünü bildirib:
“Qomelauri artıq Belarusa da səfər edəcək. Səfərdə əsas məqsəd Saakaşvilinin Belarusa verilməsinin detallarını müzakirə etməkdir”.