"Muzdluların Azərbaycan tərəfdən iştirakına dair dəlil yoxdur" - ALMANİYA XİN RƏHBƏRİ

Baxış sayı:
1194

“Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur”.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Hayko Maas AŞPA-nın qış sessiyasında erməni deputatın sualını cavablandırarkən deyib.

O bildirib: "Siz deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda xarici muzdlulardan istifadə edib? Bununla bağlı heç bir dəlil tapılmayıb".