​Müxalifətdən prezidentliyə daha bir namizəd irəli sürüldü

Baxış sayı:
10562

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin növbədənkənar iclası keçirilib.
Bu barədə partiyanın mətbuat xidmətindən musavat.com-un əməkdaşına verilən məlumatda deyilir ki, iclasda növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin olunması, ALDP sədri Fuad Əliyevin namizədliyinin irəli sürülməsi, ALDP sədrinin səlahiyyətli nümayəndələrinin təsdiq olunması və təşkilati məsələlər müzakirə olunub.
İclasda ALDP sədri Fuad Əliyevin prezidentliyə namizədliyinin rəsmən irəli sürülməsi yekdilliklə qəbul olunub. Bununla bağlı müvafiq sənədlərin toplanması və MSK-ya təqdim olunması qərara alınıb.
İclasda ALDP sədri Fuad Əliyevin təklifi ilə Fizuli Kərimov və Maisə Cəfərova MSK-da səlahiyyətli nümayəndələr qismində təsdiq olunublar./Musavat.com