Müxalifətdən Bərzaniyə istefa tələbi

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani və müavini Kosret Rəsul istefa verməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri kürd muxtariyyətinin müxalif hərəkatı – “Goran”nın sözçüsü Şoreş Haci jurnalistlərə açıqlamasında deyib.
“Xalqımız qanı ilə əldə etdiyi bir çox müvəffəqiyyəti itirdi. Peşmərgənin əzmi qırıldı. Bunların səbəbi keçmişdə uğursuz olan iqtidardan qaynaqlanır. Bu səbəbdən Bərzani və Rəsulun istefa etməsi mütləqdir”, - Haci bildirib.