​Müxalifətdə siyasi blokla bağlı məsləhətləşmələr davam edir – PARTİYA SƏDRLƏRİ GÖRÜŞDÜ

Baxış sayı:
7315

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Doğru Yol Partiyasının Təşkilat Komitəsinin sədri Kəramət Salah arasında arasında görüş keçirilib.

Muxalifet.az xəbər verir ki, ADP-nin Mərkəzi Qərargahında keçirilən görüşdə ölkədə baş verən ictimai-siyasi proseslər, müxalifət düşərgəsindəki mövcud durum və qarşılıqlı maraq doğruran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkədəki mövcud situasiya və müxalif düşərgədə yaranmış hazırkı şəraitdə alternativ siyasi texnologiyaların həyata keçirilməsinin və bunun üçün də yeni bir  siyasi blokun yaradılmasının vacibliyi qeyd edilib. Partiya sədrləri siyasi proseslərin yeni mərhələyə keçməsini nəzərə alaraq növbəti mərhələdə bəzi siyasi partiyalarla məsləhətləşmələr aparılması haqda razılığa gəliblər.
 
Muxalifet.az