Müxalifətçilərlə polis arasında qarşıdurma - GÜRCÜSTANDA

Baxış sayı:
7054

Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb.

"Report" xəbər verir ki, VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Pataranı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktıüzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.

Partiya üzvlərinin saxlanılmasını təxribat adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.