Müxalifət seçki saxtakarlığına etiraz edəcək - 3 PARTİYA MİTİNQ TƏYİN ETDİ...

Baxış sayı:
4645

Müsavat Partiyası, ReAl Partiyası, D 18 Hərəkatı növbədənkənar parlament seçkiləri ilə əlaqədar fevralın 9-da keçirilən səsvermənin nəticələrinə etiraz olaraq Bakıda mitinq təyin edib.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edilib.

Müraciətdə bildirilib ki, fevralın 16-da saat 15:00-17:00-dək Bakı şəhərində “28 May” metrostansiyasının qarşısındakı meydanda mitinq keçirmək istəyirlər.