​Müxalifət prezidentlə danışıqdan imtina etdi - BÖHRAN

Venesuela müxalifəti hökumətlə noyabrın 15-də Dominikan respublikasında keçiriləcək danışıqlardan imtina edib.
Muxalifət.az xəbər verir ki, imtinaya səbəb hökumətin bu danışıqlara digər Latın Amerikası ölkələrinin XİN başçılarının cəlb edilməsinə izn verməməsi olub. Müxalifət danışıqlara xüsusilə Meksika, Çili, Paraqvay, Boliviya və Nikaraqua xarici işlər nazirlərinin cəlb edilməsini istəyib.
Qeyd edək ki, Venesuelada vəziyyət gərgin olaraq qalmaqdadır. Müxalifət hökumətin dərhal istefaya getməsini istəyir, hökumət isə müxalifəti ABŞ-ın əlaltısı adlandırır./Axar.az/