Müxalifət payızda hökumətin istefasını tələb edəcək - GÜRCÜSTANDA

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası ilə ümumi “dil tapmaq” mənasızdır.
 
“Gürcüstan vətənpərvərlər alyansı payızda hökumətin istefası ilə bağlı etiraz aksiyalarına başlamaq niyyətindədir".
Belə bir bəyanatla partiyanın lideri, parlamentin vitse-spikeri İrma İnaşvili çıxış edib.
Xanım siyasətçi deyib ki, aksiyalar yerli özünü idarəetmə orqanlarına seçkilərə qədər başlayacaq.
İnaşvilinin sözlərinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası ilə ümumi “dil tapmaq” mənasızdır.
“ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana səfəri zamanı keçirilən görüşə “Alyans”ın üzvlərinin dəvət olunmaması bunu bir daha sübut etdi”- deyə İnaşvili vurğulayıb.