Müxalifət nümayişində korrupsiya əleyhinə çağırışlar

Mitinqdə korrupsiya əleyhinə şüarlar səsləndirilib
 
Bakının Yasamal rayonu stadionunda korrupsiya əleyhinə müxalifət qüvvələrinin nümayişi başa çatıb.
"Talana son!" adlı nümayişə gələnlər "Adı islahatçı - özü işğalçı hökumət", "Hakimiyyətin gözü - xaqlın qarnı acdır" kimi şüarlar qaldırıblar.
Mitinqə gələnlərin sayı barədə rəsmi məlumat verilməyib.
BBC Azərbaycancanın müxbiri Günel Səfər bildirir ki, nümayişi stadionun qarşısında toplaşan insanlar izləyib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) liderləri bu ayın əvvəlində "Azərbaycan Camaşırxanası" adlı beynəlxalq hesabatda göstərilən korrupsiya iddialarının araşdırılmasını tələb ediblər.
Azərbaycan hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat dərc etdiyi etdiyi hesabatdakı iddiaların əsassız və qərəzli olduğunu bildirir.