"Müxalifət liderinə qarşı sui-qəsd hazırlanmışdı..." - BELARUS KQB-SİNİN SƏDRİ

Baxış sayı:
811

Belarus KQB sədri Valeri Vakulçik prezidentliyə namizəd Svetlana Tixanovskayaya qarşı sui-qəsd hazırlandığını açıqlayıb.

Bu barədə Belarus rəsmi “BelTA” agentliyi məlumat yayıb.

"Ortaq qərargahdan  verilən məlumata görə, onlar Tixanovskayaya qarşı hazırlanan sui-qəsd cəhdindən qorxurlar”, - Vakulçik Belarus televiziyasının efirində deyib.

Bundan bir qədər əvvəl isə, Daxili İşlər Nazirliyinin əməkdaşları ekstremizmə qarşı mübarizədə qurban lazım olduğuna dair məlumat əldə ediblər.

“Göndərən şəxs artıq müəyyənləşdirilib və yaxın günlərdə tutulacaq. Bu vəziyyəti nəzərə alaraq hadisə dərhal dövlət başçısına məruzə olunub”, - KQB sədri əlavə edib.

Dövlət başçısı bu məlumatın "bütünlüklə ciddiyə" alındığına əmin edib. Tixanovskayanın qərargahını qorumaq üçün 120 "təlim keçmiş işçi" təyin edilib.

“Onlar diqqət çəkməməyə çalışsalar da, lakin əməlləri açıq-aşkar bilindi”, - Vakilçik qeyd edib./Virtualaz.org