Müxalifət İrəvanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

Baxış sayı:
966

Ermənistanın müxalif "Vətənin xilası hərəkatı" Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.

“Aysor.am” xəbər verir ki, bunu müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.

"Nikol mövcud deyil, vəssalam", - vurğulayıb.

İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq: "Biz etiraz aksiyalarını davam etdirəcəyik".