“Müxalifət fəaliyyətini dayandırmalıdır!” - QURBAN MƏMMƏDOV

“Müxalifətin indiki vəziyyətdəki mövcudluğu xalqı arxayın salmaqla, irticanın ömrünü uzadır. Təcili müzakirələrə başlamalı, mühacirət hökuməti elan edilməlidir”.
Bu sözləri tanınmış hüquqşunas və ictimai xadim Qurban Məmmədov bu gecə facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
Hüquqşunası bu düşüncəyə gətirən AXCP sədr müavini Gözəl Bayramlının şərlənərək həbs olunmasıdır. Belə bir şəraitdə ölkədə münbit siyasi fəaliyyətin mümkünsüzlüyü düşünən Qurban Məmmədov yazıb:
“Gözəl Bayramlının şərlənərək həbs edilməsi bütün sədlərin aşılması, millətin ləyaqətinə, hər bir azərbaycanlının şəxsiyyətinə tüpürməkdir. Bununla da Azərbaycanda siyasi fəaliyyət göstərməyin insanların şəxsi həyatı üçün təhlükəli olduğu sübut edilmişdir.
Təklif edirəm: müxalif qüvvələr, ölkədə yaranmış bu qorxunc vəziyyəti nəzərə alaraq, öz fəaliyyətlərini dayandırsınlar və beynəlxalq təşkilatlara müraciət edilsin”./Ovqat.com