​Müxalifət daxilində yeni siyasi blok yaranır – PARTİYA SƏDRLƏRİ MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIR

Baxış sayı:
16933

Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında görüş keçirilib.
ADP mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, Ümid Partiyasının qərargahında baş tutan görüşdə ölkə gündəmini əhatə edən bir sıra məsələlərə dair ictimai-siyasi müzakirələr aparılıb, yaranmış hazırkı şəraitdə yeni siyasi texnologiyaların həyata keçirilməsinin və bunun üçün də yeni bir  siyasi blokun yaradılmasının  vacibliyi qeyd edilib.
Partiya sədrləri  siyasi proseslərin yeni mərhələyə keçməsini nəzərə alaraq, yaxın vaxtlarda bəzi siyasi partiyalarla məsləhətləşmələr aparılması haqda razılığa gəliblər.
 
Muxalifet.az