“Müxalifət daxilində yeni blok yaradılması istiqamətində danışıqlar gedir” – İQBAL AĞAZADƏ

Baxış sayı:
3814

2020-ci ildə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Hərçənd ki, ilin sonuna kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi də istisna deyil. Üstəlik, az sonra bələdiyyə seçkiləri, gələn il isə parlament seçkilərinin keçiriləcəyi gözlənilsə də, müxalifət və ya iqtidar düşərgəsində seçki hazırlıqları hiss olunmur.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Hürriyyət”ə açıqlamasında müxalfət daxilində yeni blokun yardılması istiqamətdə danışıqlar getdiyini bildirib: “Hələlik bu istiqamətdə müxalifət öz partiyaları daxilində müzakirələr aparır. Müxalifət daxilində də blokların yaradılması istiqamətində müəyyən danışıqlar gedir. Yəqin yaxın aylarda bunun şahidi olacaqsınız. Əslində, belə danışıqlar var. Sadəcə, hələlik mətbuat üçün qapalıdır. Müxalfətin seçkiyə gedəcək hissəsi ilə bağlı öz aralarında müzakirələr, hətta dəyirmi masalar da keçirilir. Ona görə də, demək olmaz ki, müxalifət bu məsələdə susqundur və yaxud da bu məsələdə hələlik bloklaşma barədə düşünmür. Bloklaşma istiqamətində danışıqlar gedir”.
 
“Bizdə demokratik seçki mühti üçün çox şey çatmır”
 
“Seçkilərin vaxtına elə də uzun zaman qalmayıb. Belə olduğu halda, hələ bir-iki ay sonra blok yaradılması və daha sonra rayonlarda seçililərlə işlənilməsi gec olmayacaqmı” sualına İ. Ağazadə belə cavab verdi: “Yox, gec deyil. Hər halda öz partiyaları daxilində namizədlər bəlli dairələri müəyyənləşdiriblər, alt yapı hazırlayırlar. Bloklar istiqamətində hələ zaman var, işləyirik”.
 

 
Muxalifet.az