Müxalif partiya sədri haqqında həbs qərarı... - TİFLİSDƏ GƏRGİNLİK YAŞANDI

Baxış sayı:
372

Tiflisdə müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) mərkəzi ofisi qarşısında gərginlik yaşanıb.

Buna səbəb hüquq-mühafizə orqanları əməkdaşlarının ofisə gəlməsi olub.

Polis əməkdaşları VMHP sədri Nika Meliyaya onun həbsi ilə bağlı məhkəmə qərarını təqdim etmək istəyiblər. Lakin partiyanın tərəfdarları onlara binaya daxil olmağa imkan verməyiblər.

Qərarın N.Meliyanın vəkilinə təqdim olunması tələb edilib, polis əməkdaşları bununla razılaşmayaraq ərazini tərk etməyə məcbur olublar.

Qeyd edək ki, ötən gün Tiflis Şəhər Məhkəməsi müxalif siyasətçiyə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Gürcüstan müxalifəti birgə bəyanat qəbul edərək N.Meliya ilə həmrəy olduqlarını bildiriblər.