Müxalif partiya beynəlxalq aləmə ÇAĞIRIŞ ETDİ – “Qətllərə yol açan bu bəlaya qarşı...”

Baxış sayı:
11581

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Muxalifet.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub. Ukraynada keçirilən seçkilərin nəticələrinə münasibət bildirən partiya yetkililəri demokratik sonluqla başa çatan bu seçkilərin Ukraynanın Avropaya inteqrasiyası yolunda ən böyük töhfə olduğunu diqqətə çatdırıb və Azərbaycan hakimiyyətini xalqın iradəsi ilə gerçəkləşən demokratik seçki örnəklərindən nümunə götürməyə çağırıb.
İdarə Heyəti Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin keçirdiyi görüşə münasibət bildirib və bu danışıqların təfərrüatlarının xalqa açıqlanmasının vacibliyini önə çəkərək hakimiyyəti Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüququn gücündən yararlanmaqla təcavüzkara qarşı hərbi, siyasi, diplomatik səylərini gücləndirməyə və işğalın nəticələrini aradan qaldırmaq üçün bütün səylərini artırmağa çağırıb.
İdarə Heyəti Avropa Birliyi ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan sazişin strateji maraqlarımızın təmin edilməsi, demokratik Avropa evinə inteqrasiya olunması baxımından faydalı olduğunu diqqətə çatdırıb və aparılan danışıqların şəffaf şəkildə keçirilməsi ilə yanaşı paraflanacaq sazişdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı müddəanın əksini tapmasını vacib hesab edib.
İdər Heyəti rus politoloqu Aleksandr Duqinin NATO-nun Cənubi Qafqazda yerinin olmaması və bu regionun Rusiyanın təsir zonasında olmasının vacibliyi barədə səsləndirdiyi bəyanata münasibət bildirib və bu cür imperialist iddialı fikirlərin yolverilməz olduğunu qeyd etməklə Cənubi Qafqazın Skandinaviya ölkələri formatında statusla təmin edilməsinin daha məqsədə uyğun olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Şri-lankada kilsə və otellərdə baş verən və böyük insan itkisi ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib və harada olmasından asılı olmayaraq terrorun bütün insanlığı təhdid etdiyini, dünya nizamını pozduğunu diqqətə çatdırıb və beynəlxalq aləmi vahimə doğuran, qətllərə yol açan bu bəlaya qarşı mübarizədə səylərini birləşdirməyə çağırıb.
İdarə Heyəti insanlığın ortaq dəyəri olan mədəniyyət nümunəsi Fransada yerləşən Notrdam kilsəsinin yanmasından ciddi narahatlıq keçirdiyini bildirib xristian və ya müsəlman dünyasına mənsub olmasından asılı olmayaraq bu cür mədəniyyət incilərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti AXCP sədrinin müavini F.Qəhrəmanlının qızına 162 saylı məktəbdə baş verən intihar aktına görə etirazda bulunması zamanı zorakılıq göstərən, əxlaqa zidd davranış sərgiləyən şəxsin əməllərini qətiyyətlə pisləyib, hakimiyyəti etiraz aksyalarında iştirak edən insanlara qarşı zorakılıq tətbiq edən, onları aşağılayan bu tipli hərəkətlərə son qoymağa və bu əməlləri törədən şəxsləri ciddi cəzalandırmağa çağırıb.
Muxalifet.az