Müttəfiqlər bir-birinə girdi! Səudiyyə Ərəbistanı ABŞ-a sərt təpki göstərdi

Baxış sayı:
7603

Amerika Birləşmiş Ştatlarının Senatının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı Camal Qaşıqçının öldürülməsindən məsul tutan qanun layihəsini qəbul etməsindən sonra Səudiyyə Ərəbistanından sərt təpki gəlib. Səudiyyənin Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda, ABŞ Səudiyyənin daxili işlərinə müdaxilə etməkdə günahlandırılıb.
 
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bu fikirlər yer alıb:
"Səudiyyə Ərəbistanı Krallığı ABŞ Senatının haqsız iddiaları və ittihamlarını Krallığın daxili işlərinə açıq şəkildə müdaxiləsi və Krallığın regional və beynəlxalq rolunu nəzərə almadığı üçün bu mövqeyini rədd edir."
Müxalifət.az