Mütəllibov Fuad Musayevlə dostuğundan danışdı

Baxış sayı: 81

Fuad Musayevlə bağlı çoxlu sayda xoş xatirələrim var. O, vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib.
 
Bu sözləri eks prezident Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevlə bağlı xatirələrini bölüşərkən deyib.
A.Mütəllibov bildirib ki, F.Musayev zəhmətkeş insan olub. Onların dostluq münasibətləri çoxdan qurulub.
"Onunla yaxın olmaq, dostluq etmək şəxsən mənimçün böyük şərəf idi. Biz 1949-cu ildən – uşaqlıqdan tanış idik. Allah ona rəhmət eləsin" – A.Mütəllibov əlavə edib./Report.az