​Müstəqil mətbuatın yükünü daşıyan ADAM - MEHMAN ƏLİYEVİN 60 YAŞI TAMAM OLUR

Bu gün “Turan” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist Mehman Əliyevin 60 yaşı tamam olur.
Mehman Əliyev 1957-ci ilin 26 oktyabrında anadan olub. 1964-1974-cü illərdə orta təhsil alıb. 1988-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988-1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989-1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990-1991-ci illərdə "Xazar" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışıb.
1990-cı ildən özünün təsis etdiyi "Turan" İnformasiya Agentliyinin direktorudur.
Ailəlidir, bir övladı var.
Muxalifet.az-ın kollektivi dəyərli Mehman Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edir.
İnanırıq ki, Vergilər Nazirliyi tərəfindən "Turan" İnformasiya Agentliyinə və müstəqil mətbuatın bütün yükünü öz çiynində daşıyan M.Əliyevin yaradıcılıq fəaliyyətinə yaradılan süni əngəllər tezliklə aradan qalxacaq və bu agentlik Azərbaycan media məkanında yenə də öz sözünü deyəcəkdir.
Peşəkarlığı, hadisələrə özünəməxsus baxışı və müstəqil fəaliyyəti ilə Azərbaycan jurnalistlərinə nümunə olmağı bacaran Mehman Əliyevi bir daha təbrik edir, ona haqq-ədalətin qorunması uğrunda mübarizəsində uğurlar arzulayırıq!

Muxalifet.az