‘Müstəqil Kürd dövləti qurulmalıdırmı?' – Merkel bu suala cavab verdi

Baxış sayı:
9682

Almaniyanın baş naziri Angela Merkel İraqda müstəqil bir kürd dövləti qurulmasına qarşı olduğunu söyləyib.
 
Merkel keçmiş Xarici İşlər naziri Sigmar Gabrielin vətəni olan Aşağı Saksonya Əyalətinin Goslar şəhərində Gabriel ilə birgə bir məktəbi ziyarəti əsnasında etdiyi açıqlamada, "Mən İraqın torpaq bütünlüyündən yanayam. Müstəqil bir kürd dövləti qurulmasının bölgədəki sülhə xidmət edəcəyini düşünmürəm" deyib.
Baş nazir Merkel İraqda yaşayan kürdlərə ədalətli şərtlər təqdim edilməsinin lazım olduğunu da vurğulayıb.
Qeyd edək ki, Almaniya iki il əvvəl İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) etdiyi müstəqillik referendumunu da dəstəkləməmişdi.
Alman baş naziri İraqda müstəqil kürd dövləti qurulmasına qarşı olduğunu əvvəlki illərdə həm İraqlı həmkarlarının Almaniyaya səfərində, həm də başqa platformalarda dilə gətirmişdi.
Müxalifət.az