Müstəntiqin öldüyü qəzanın dəhşətli görüntüləri – VİDEO

Baxış sayı:
5296

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan yüklə dolu "Qazel"ə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qey edək ki, Ə.Qaybalıyev Ağsu rayon polis şöbəsində müstəntiq işləyirdi.

Faktla bağlı araşdırma aparılır.