Müsəlmanlarla yahudilər arasında TOQQUŞMA: 60-dan cox insan... - VİDEO

Baxış sayı:
3478

Qüdsün Məbəd dağında Qurban bayramıni qeyd etməyə toplaşan müsəlmanlarla yahudilər arasında toqquşma baş verib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, ibadətgahın önünə toplaşan yahudilərlə müsəlmanlar arasında mübahisə yaranıb.
Bunun qarşısını almaq üçün işə polis müdaxilə edib. Hüquq-mühafizə əməkdaşları kütləni dağıtmaq üçün işıq sacan qumbaralardan istifadə ediblər.
Hadisələr nəticəsində 60-dan cox insan xəsarət alıb.
“The Jerusalem Post” bildirir ki, bu il Qurban bayramı yahudulərin “9 av” matəm günü ilə üst-üstə düşüb: hər iki məşhur yahudi məbədinin dağıdılması tarixin məhz bu gününə təsadüf edir.
İbadətgah önünə toplaşan yahudilərlə bayrama gələn müsəlmanləarr arasında çaxnaşma düşüb. Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkun olub.