Müsəlmanları təhqir edən senator haqda qərar: Baş nazir əmr verdi...

Baxış sayı:
5476

Avstraliyanın baş naziri Skot Morrison ona etiraz edən gənci vuran irqçi senator Fraser Anning haqqında cinayət işinin açılmasının lazım olduğunu bildirib.
 
Avstraliyanın baş naziri Skot Morrison Yeni Zelandiyada iki məscidə təşkil olunan terror aktından sonra Müsəlmanları hədəf alan açıqlamaları ilə təpkiyə səbəb olan və etiraz məqsədilə ona yumurta atan gənci vuran Avstraliyalı senator Fraser Anning haqqında cinayət işinin açılmasının lazım olduğunu söyləyib.
Avstraliya mətbuatındakı xəbərə görə, Morrison jurnalistlərə verdiyi açıqlamada, "Qanunların senator Anninge qarşı işlənilməsi və Anningin gənci vurmaqla ittiham olunmasının lazım olduğunu" ifadə edib.
Qeyd edək ki, terrorizmi qanuni göstərməyə çalışan irqçi açıqlamaları səbəbi ilə tənqid oxlarının hədəfində olan senator Anninge, dünən Melburn şəhərində iştirak etdiyi tədbir zamanı gənc bir etirazçı yumurta ataraq təpki göstərmişdi.
Mətbuat nümayəndələri ilə danışdığı zaman başına yumurta ilə vurulan Anning, 18 yaşından kiçik olduğu güman edilən etirazçıya yumruq atmışdı. Anningin havadarları də etirazçı gənci yerə yatıraraq döymüşdü.
Polisin ifadəsini aldığı gənc sərbəst buraxılmışdı.
Hadisə ilə bağlı istintaq davam edir.
 
Parlamentdən çıxarılması üçün kampaniya
 
Digər tərəfdən, yerli mətbuatın xəbərinə görə, Sidney-də yaşayan həkim Kate Əhməd və Melburn-lu müəllif Harris Sultan sosial mediada Anningin parlamentdən çıxarılması tələbilə imza kampaniyası başladıb.

Müxalifət.az