​Müsəlman qatilinin şok manifesti: Ərdoğanı və Merkeli öldür

Baxış sayı:
7732

Yeni Zellandiyada iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın hücumdan öncə yayılan 37 səhifəlik manifesti ilə bağlı yeni detallar ortaya çıxıb. Muxalifet.az xəbər verir ki, manifestdə əsas məqam onun tərəfdarlarına Almaniya kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Londonun meri Sadiq Xanı öldürməyi əmr etməsidir. Terrorçu yazısında Merkel qədər Avropaya zərər verən bir insanın olmadığını bəyan edir. Onu Avropa irqinin düşməni adlandırır. Daha sonra Tarrant Ərdoğanı xristianların ən qədim düşməni adlandırır. O bildirir ki, Avropa türklərin işğalı altındadır. Sonda isə bu radikal şəxs Sadiq Xanın London rəhbərliyinə keçməsini Britaniya xalqına qarşı etnik təmizlənmənin başlanğıcına işarət olduğunu qeyd edir. Xatırladaq ki, B.Tarrantın Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücumda 49 müsəlman öldürülüb. Ölənlərin artacağı istisna edilmir.