​Müsəlman Qardaşlarına qarşı 90 ilin ən BÖYÜK HÜCUMU

Baxış sayı:
5239

Misir hökuməti Müsəlman Qardaşları təşkilatının 1589 üzvünün aktivlərini dondurub.
Muxalifet.az xəbər verir ki, hökumətin belə addımı təşkilatın müxtəlif sferalardan əldə etdiyi gəlirləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə etmək niyyəti ilə əsaslandırılıb.
Dondurulan aktivlərin dəyəri 3,4 milyard dollardır.
Qeyd edək ki, Müsəlman Qardaşlarına qarşı bu cür genişmiqyaslı addım təşkilatın qurulduğu 1928-ci ildən bu yana ilk dəfədir atılır.