Müsəlman qadın nazir sükan arxasında sərxoş vəziyyətdə saxlanıldı

İsveçin ali təhsil naziri, 29 yaşlı müsəlman Aida Hadzialiç sükan arxasında sərxoş vəziyyətdə saxlanıldığı üçün istefa verməyə məcbur olub.
Virtualaz.org "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Hadzialiç istefa qərarı barədə mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sükan arxasına əyləşməzdən əvvəl iki qədəh şərab içibmiş.
Nazir sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 6 ay müddətinə azadlıqdan məhrum oluna bilər.
Aida Hadzialiç Bosniya və Herseqovinada anadan olub. 5 yaşında olarkən valideynləri ilə birlikdə İsveçə köçüb. 2014-cü ildə İsveç tarixində ilk müsəlman nazir olub.