Müsəlman prezidentdən ABŞ səfirinə AĞIR SÖZLƏR: "İt oğlu..."

Baxış sayı:
1333

"Bizim torpaqlarımızda qanunsuz yaşayış məntəqələrin tikilməsini dəstəkləyən it oğlu it".
 
Bu sözləri Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın Tel Əvivdəki səfiri Devid Fridmana ünvanlayıb. Prezident çıxışı zamanı hisslərinə hakim ola bilməyib və onu "it oğlu it" adlandırıb.
Mahmud Abbas İsrailin Fələstin torpaqlarında qanunsuz yaşayış məntqələri salmasına münasibət bildirərkən, bu addımı müdafiə edən və Fələstin ərazilərinin İsrailə aid olduğunu iddia edən hər kəsi qınayıb.
ABŞ prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi təmsilçisi Ceyson Qrinblat isə özünün Tvitter səhifəsində Fələstin liderinin bu təhqiramiz ifadəsini ayıblayıb.
Ceyson Qrinblatt Mahmud Abbasın fikrinə münasibət bildirdiyi paylaşımını ABŞ-ın Dövlət Departamentinin sözçüsü Noyert Hizer ilə paylaşıb.