Müsəlman ölkələrində hərbi çevriliş planı - TƏHLİL

Baxış sayı:
8497

Haber7.Com-un müəllifi Taha Dağlı son günlərdə üç ölkədə artan hərbi hərəkətliliyin pərdə arxasını nəzərdə tutan "Liviya, Əlcəzair və Sudanda nələr olur" adlı bir köşə yazısı yazıb.
 
3 ölkə, üçü də Müsəlman, üçü də Ərəb, üçü də Afrika məkanında, üçü də yeraltı ehtiyatları və strateji mövqeləri diqqət mərkəzində və üçünün də küçələri qarışıqdır. Birində vətəndaş müharibəsi, birində xalq qiyamı, digərində hərbi çevriliş cəhdi var.
 
LİVİYADA 8 İLDİR DAVAM EDƏN XAOS, YENİ BİR DAXİLİ MÜHARİBƏ BAŞLADI
 
Liviya 2011 mart ayında Ərəb baharı küləyinə qapılan ölkələrdən biri idi.
NATO müdaxiləsi ilə Liviyada vətəndaş müharibəsi baş verdi.
20 oktyabr 2011-də Qəddafi NATO təyyarələri tərəfindən edilən hücumda vuruldu.
Yaralı olaraq ələ keçirildikdən sonra linç edilərək öldürüldü.
NATO Müəmmər Qəddafini Liviya xalqına təslim edib, linç etdirmişdi.
O gün Qəddafi dövrü rəsmən bağlandı, amma əsl dava ondan sonra başladı.
2011-dən bu yana 8 il keçdi.
Liviyada sular durulmadı.
2014-ə gəldikdə general Hafter adlı köhnə bir hərbçi Liviyada çevriliş etməyə qalxdı.
Çevriliş cəhdi qismən uğurlu oldu.
2015-də Liviyada iki fərqli hökumət quruldu.
Hafter Qəddafi dövründə sürgünə göndərilən bir şəxsdi.
MKİ-yə yaxınlığı ilə tanınır.
Qəddafi öldürüldükdən sonra Liviyaya qayıdıb.
Amerikanın dəstəyi ilə silahlı qrupları tərkibində topladı.
2014-dəki dövlət çevrilişi cəhdindən bir il sonra Tobruk alternativ hakimiyyət yaratdı.
Bu gün Hafterin arxasındakı güc yalnız Amerika deyil.
İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri də Hafteri dəstəkləyir.
Onlardan aldığı güclə general Hafter paytaxt Tripolini işğal etmək istəyir.
Və Liviyanın paytaxtına qarşı təcavüz başlandı.
Liviyada daxili qarşıdurmalar baş verir.
Onlarla insan həyatını itirib.
Tripoli rəhbərliyi Hafterin hücumlarına qarşı dirəniş göstərir.
Amma hara qədər dayana biləcəklər, bilinmir.
 
LİVİYA QƏRB ÜÇÜN NİYƏ ƏHƏMİYYƏTLİDİR?
 
Bəs Liviyadakı vətəndaş müharibəsinin səbəbi nədir?
Səbəb Hafter adlı ABŞ dəstəkli keçmiş bir general öz ölkəsində mərkəzi hakimiyyətə çevriliş etməyə qalxır?
Liviya xüsusilə neft ehtiyatları ilə ön plana çıxan bir ölkədir.
Bu gün Amerikanın xaricdən müdaxiləylə rəhbərliyini dəyişməyə çalışdığı Venesuela neft ehtiyatlarına görə, dünyada birincidir. Liviya da 48 milyon barrellə 9-ci sırada yer alır.
Liviyanın Avropa üçün də mühüm bir strateji mövqeyi var.
Şimali Afrikanın və Aralıq dənizinin çıxış qapısı mövqeyində yer alır.
Ticarət yolları ilə yanaşı, qaçqın axınının da marşrutudur.
Avropaya çatmağa çalışan Afrikalı qaçaq miqrantların son dayanacağı Liviyadır.
Miqrant axınının qarşısının alınması məsələsində də Liviya Qərb üçün əhəmiyyətli bir yerdir.
 
ƏLCƏZAİRDƏ NƏLƏR OLUR?
 
Liviya kimi son günlərdə qarışıq olan digər şimali Afrika ölkəsi isə Əlcəzairdir.
Əlcəzairdə təxminən 20 ildir hakimiyyətdə olan Əbdüləziz Buteflikanın 5-ci dövr üçün prezidentliyə namizədliyini qoyma həmləsi geniş etirazlara səbəb oldu.
Buteflika günlərlə davam edən etirazlardan sonra geri addım atdı.
Əvvəl seçkini təxirə saldı.
Ancaq küçədəki xalq bu qərarla kifayətlənmədi.
Çünki istədikləri şey seçkinin təxirə salınması deyil, Buteflikanın getməsiydi.
Etirazlar davam edincə Buteflika istefa verdi.
Ancaq rejim işindəydi.
Əlcəzairlilər Buteflikanın istefasına da "yetməz" deyərək küçədən çəkilmədi.
Rejim "tamamilə dəyişməli" tələbini qoydular.
Son olaraq Əlcəzairdə Buteflikanın istefasından sonra Konstitusiyaya görə, müvəqqəti prezident vəzifəsini Millət Şurasının sədri Əbdülqadir bin Saleh üzərinə götürdü.
Xalq buna da təpki göstərdi. Bundan sonra iyulda seçki keçiriləcəyi bildirilib.
Əlcəzairlilər bin Salehi, "Buteflika rejiminin təməl daşlarından biri" olduğu günahlandırması ilə rədd etdi.
Əlcəzair keçmiş bir Fransız müstəmləkəsidir.
Fransızların soyqırım həyata keçirdikləri bir müsəlman coğrafiyasıdır.
Fransız təsiri hələ də təsirli şəkildə var.
Qərbin diqqət mərkəzində olan bir ölkədir.
Çünki neft ehtiyatları ilə yanaşı, çox böyük yeraltı sərvətlərə sahibdir.
100 ton qızıl ehtiyatı, 10 milyon ton dəmir ehtiyatı, 30 min ton uran ehtiyatı var.
Təbii qaz ehtiyatlarına görə, dünyada 10-ci yeri tutur.
3 milyon hektar kənd təsərrüfatı sahələri var.
Ancaq Əlcəzair xalqı müstəmləkələrdən heç cür xilas ola bilmir.
Ölkənin bütün bu zənginliyinə baxmayaraq Əlcəzairlilər yoxsulluq və işsizliyin pəncəsindədirlər.
 
VƏ SUDAN
 
Gələk Sudana.
Sudanda da prezidenti Ömər Bəşirə qarşı çevriliş cəhdi var.
Sudan xalqı bir müddətdir ki, küçədədir, Bəşirin istefasını istəyir.
Keçən aykı mitinqlər Ömər Bəşirin mülayim davranışları ilə dayandırılmışdı.
Ancaq ötən həftə sonundan etibarən yeni bir qiyam başladı.
Bu dəfə küçələrdə toqquşmalar da baş verir.
Nümayişçilərin yanında ordu içərisindəki bəzi hərbi birliklərin də yer aldığı görülüb.
Hərbçilərlə dövlət başçısına sadiq təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Çox sayda insan həyatını itirib.
Yer altı qaynaqları səbəbindən daha əvvəl ikiyə bölünən Sudanın strateji əhəmiyyəti var və bir islam dövlətidir.
Xüsusilə regiondakı digər Afrika ölkələrini nəzarət altında saxlamağa çalışan BƏƏ və İsrail kimi qüvvələr baxımından narahatlıq verici bir vəziyyətdir.
Həmçinin Sudanın Türkiyə ilə də yaxın münasibətləri var.
Sevakin adasının Türkiyəyə verilməsi və Sudan ilə Türkiyə arasında aqrar əməkdaşlıq kimi təsirlər də narahatlıq mənbəyidir. Bu səbəblə Sudana qarşı müdaxilənin arxasında İsrail və BƏƏ-nin olduğu nəzərdə tutulur.
Hazırladı: Müxalifət.az