Müsəlman futbolçu Salaha irqçi hücum

Baxış sayı:
592

Liverpulun Misirli Müsəlman futbolçusu Mohamed Salaha qarşı irqçi hücuma ən böyük təpki baş məşqçi Jürgen Klopptan gəlib. İrqçi tərəfdarlar Salaha "bombaçı" deyərək Müsəlmanlara terrorçu ibarəsi etmişdi.
 
İhgiltərənin Premier Liqasında oynanacaq Liverpool-Chelsea matçı öncəsi Chelsea tərəfdarları Liverpulun Misirli ulduzu Məhəmməd Salaha qarşı irqçi münasibət göstəriblər.
Mohamed Salaha qarşı irqçi hücumları Liverpulun baş məşqçisi Jürgen Kloppu hiddətləndirib. Alman məşqçi bunu həyata keçirənlərin tribunalardan ömürlük qovulmasının lazım olduğunu bildirib.
Keçirilən bu aksiyanı "iyrənc" kimi dəyərləndirən təcrübəli məşqçi, "Sahələrdə görmək istəmədiyimiz daja bir hərəkətdir bu. Buna Chelsea ilə və ya Liverpul ilə bağlı bir şey kimi baxmamalıyıq. Bunu az insan görür, lakin üzərimizdəki təsiri böyük olur" deyə söyləyib.
İrqçiliyin təkrarlanmaması üçün bu cür hərəkətlərin şiddətli bir şəkildə cəzalandırılması lazım olduğunu dilə gətirən Klopp, "Futbol ailəsinin bir hissəsi kimi deyə bilərəm ki, bu cür adamlar aramızda olmamalıdır. Futbol fərqli millətdən insanların birlikdə çalışmağını göstərən ən gözəl nümunəsini verən yerdir. Soyunub-geyinmə otaqlarına baxsanız, kim haradan gəldiyi kimsənin umrunda deyil. Orada birlikdə otururlar. Belə bir şeyə futbolda heç vaxt yol vermək olmaz" deyib.
 
ƏXLAQSIZ İŞARƏ!
 
Qeyd edək ki, Chelsea tərəfdarları dünən axşam UEFA Avropa Liqası dörddə bir finalının ilk oyununda Slavia Praqa ilə debütünü qarşılaşdıqları mübarizə ərəfəsində böyük bir qalmaqala imza atmışdı.
İrqçi tərəfdarlar Salaha "bombaçı" deyərək Müsəlmanlara terrorçu ibarəsi etmişdi.

Müxalifət.az