MUSİQİ SƏSİ

Uzun illər bundan öncə yaşanmışdı bu hekayə. Uca dağların ətəyində kiçik bir kənd vardı, həm gözəl mənzərəsi, yam-yaşıl çəmənliyi və sıra dağlardan axan çaylar bir də dörd bir yanı meşə ilə sarılmış bu kəndin heyretamiz gözəlliyi diqqət çəkirdi. Keçmiş zamanlarda kəndləri ağalar idarə edərdi, ondan izinsiz nə toy-düyün, nə də əkin əkilər, biçin biçilərdi, bir nö asılılıq vardı insanlarla Nüsrət ağa arasında. əkin mövsümü yetişəndə kənd sakinləri Nüsrət ağadan toxum almaq üçün növbəyə durardı və bəzi insanlar borclu qalırdı Nüsrət ağaya, elə bu səbəbdən idi ki, kənd sakinləri etiraz edə bilmir, haqlarını tələb etməkdə aciz qalırdılar...

Kənddən bir az aralıda Əhməd adlı dəmirçi öz halında kiçik daxmasında həyat sürürdü. Əhməd kişi cavanlıq vaxtında meşədən kiçik bir körpə tapmışdı.

Dəmirçi Əhməd uşağı tapdığı zaman onun ailəsi cansız və parçalnanmış cəsədləri yerdə yatırdı. Əhməd başa  düşmüşdü ki, ailəni canavarlar palçalayıb. Meşədə məzar qazıb ailəni: ata, ana və iki körpə qızı dəfn edən Əhməd kişi o ailədən tək sağ qalan qundağdakı körpəni alıb evə gətirmiş  və onu tək böyütmüşdü. Ona  Ali adını verən Əhməd öz oğlu kimi sevib qayğı  göstərirdi. Həmçinin Ali də atasının buyruğunda durar, hər dediyni o an əmr kimi qəbul edib əməl edirdi. Ali artıq böyümüşdü. Sakit, susqun və qürurlu Alinin bir tək düşməni canavarlardı... Əhməd kişi ona hər şeyi, həqiqəti danışdıqdan sonra Ali hər gün canavar ovuna çıxıb nifrət duyğusunu söndürürdü...

Kənd cammatı Alinin hekayəsini bilirdi. Əhməd düşünürdü ki, bir gün Ali öz hekayəssini eşidəcək, bu səbəbdən dəmirçi Əhməd oğluna hər şeyi danışmışdı. Amma Ali yenə də Əhməd kişiyə qarşı ata hissini söndürməmişdi, Əhməd isə bu vəziyyətə sükr edirdi, sadəcə bir sıxıntısı vardı ki, kənd sakinləri Alini qəddar bir insan kimi tanıyırdı. Ona öyüd-nəsihət verməklə bu yoldan çəkinməyəcəyini yaxşı bilirdi yaşlı dəmirçi.

Kənddə balıq satmaqla dolanan ata və oğul bir gün tox, bir gün ac yatırdılar. Çünki tox yatdıqları gün balıq satmaq üçün kəndə Əhməd kişi, ac yatdıqları gün isə Ali. Insanlar Alidən qorxduğu üçün heç nə almır, qapıları bağlayıb evə girirdilər.

Bu vəziyyət qoca dəmirçini sııxıntıya düçar edirdi: ”Mən öldükdən sonra oğlum necə edəcək?” düşüncəsi Əhmədin ağlından çıxmırdı. Illər keçdikcə dəmirçinin son günlərini gətirirdi, yatağa düşən Əhməd bu günlərin son günlər olduğunu hiss edirdi. Alinin evdə olmadığından istifadə edən Əhməd güclə ayağa qalxır və şəlalənin çaya düşən hissəsinə gedir...

Əlindəki setkanı səlalənin çaya düşdüyü yerə çəkərək sürünə-sürünə evə gəlir Ali. Görür ki, atası ağır halda yataqda yatır. Əhməd Alini görən kimi təkidlə deyir ki, mənə yemək gətir çox acam. Ali qaçaraq çaya gedir, bir az gözləyir, balıq tapa bilmir ki, ovlasın. Çarəsiz halda kəndə qaçır, kənd camaatından imdad diləyir, bir  parça çörək istəyir, amma camaat qorxub çoxdan evlərinə qaçmışdı...

Ali təkrarən çaya qayıdır, balıq tapmaq ümidi ilə. Amma yenə balıq ovlaya bilməyən Ali atasının yanına gəlir, içəri girər-girməz dəmirçi Əhməd yorğun və düşüncəli Ali təbəssümlə:

- Əhməd, bu gün özün özünü gördünmü oğlum?

Ali:

- Mən bir şey başa düşmədim ata can...

Əhməd:

- Get şəlalənin çaya düşən hissəsinə, balıqların çaya düşməsinə mane olan setka var orda, onu çək ordan.

Ali düşüncəli halda həmin yerə gedir. Atasının dediklərini edir və bir yığın balıq ovlayaraq geri dönür.

- Ata, setkanı çəkdim, bir az da balıq gətirdim, indi bişirəcəm bir az səbr et.

Əhməd:

- Mən sənə setkanı çək dedim, balıqları ovla demədim...

Ali:

- Axı sənin yeməyə ehtiyacın var, bu səbəbdən balıq ovladım.

Əhməd:

- Mənim yeməyə ehtiyacım vardısa, sənin ailəni öldürən canavarlara da yemək lazım idi.

Ali:

- O hadisənin buna nə aidiyyatı var, həm də balıq nemətdir...

Əhməd:

- Bilirəm balıq nemətdir. Canavar ac olduğunda canlı olan hər şey onun üçün yemdir. Onların şüuru yoxdur ki, seçim etsin ovuna, amma sən şüurlusan seçim edə bilərsən. Döyünən ürəyi olan hər canlı Allahın lütfüdür və təbiətin qanunlarına görə qidaalanmalıdır. Ac olduğun zaman bir canlının canını alırsansa Allahdan gələn hər şeyi də qəbul etmAlisən. Kəntdə sənlə necə davrandı insanlar?

Ali:

- Sanki canavar mən iymişəm kimi davrandılar, bir çörək belə vermədilər.

Əhməd:

- Unutma, təbiətin qanunu var, Allahın da izni... Heç nə səbəbsiz deyildir.

Qoca dəmirçi son sözlərini deyərək gözlərini yumur dünyaya. Ali artıq başa düşmüşdü ki, atası nə demək istəyir. Kimsəsiz, tək-tənha atasını dəfn edən Ali Snki sahibsiz qalmışdı. Nə insan üzü görürdü, nə də insanlar onu görmək istəyirdi. Ali əvvəlki kimi deyildi. Atası ona yaxşı dərs keçmişdi canavar ovuna daha çıxmırdı. Hər gecə ay şəfəqini saçan zaman qaranlıq meşədən həzin musiqi səsi gəlirdi. Ali hər gecə evin yanındakı kiçik zirvəyə qalxaraq atasından ona yadigar qalan son şeyi yaşadırdı. “Musiqi səsi” Alinin qəlbində olan kədəri silməyi bacarırdı.

Günəş üfüqə enən hər gecə sirli musiqinin bir tək məşuqu vardı, Nüsrət ağanın qızı Zarin. Musiqi səslənən hər gecə Zarin pəncərəsinin önündə meşəyə doğru gözləri yol alardı. Günlər bir-birini əvəz edir, ayları gətirirdi və hər gün Zarin bu sirli səsin ifaçısını görmək istəyir, yaxından dinləmək arzusu yaranırdı içində. Zarin gündüzlər evdən çıxa bilmirdi, çıxsa belə atasının adamları yanından çəkilməzdi, çox götür-qoy edirdi və qərara gəlirdi ki, bu riskə getməyə dəyməzdi.

Amma o gecə o musiqi səsi yenə səsləndiyində quşlar susmuşdu, çaylar səssiz axırdı. Musiqinin səsi gələndə nə edəcəyini bilməyən və onun sehrində özünü itirən Zarin pəncərədən ip sallayır və evdən çıxaraq meşəyə doğru yol alır. Meşə ilə ev arasında məsafə az olduğundan Zarin meşəyə girir. Qaranlıq, qorxulu meşə tük ürpədirdi. Amma musiqi səsi Zarini qorxusuz və cəsarətli edirdi. Hara getdiyini bilmədən sadəcə musiqi səsinə doğru hərəkət edirdi, çay kənarına çatdıqda bir uçuq, sökük daxma sataşır gözünə və o an musiqi kəsilir, canavarlar ulamağa başlayır, çaqqallar səs salırdı. Qız çox qorxmağa başlayır, yerə çıküb ayaqlarını qucaqlayaraq hönkürtü ilə ağlamağa başladı. Arxadan ayaq ayaq səsləri eşidən Zarin kiminsə ona sual verdiyini eşidib bir az toxdayır:

- Sən kimsən?-deyə Ali ondan soruşur.

Zarin:

- Mən, mən heç kim... Mən qorxuram.   

- Qorxmayın, mən buradayam. Sən necə gəlmisən bura?

Qız, gecələr dinlədiyim musiqi səsi gətirdi məni bura. Yaxından dinləmək, çalnın kim olduğunu bilmək istədim, dedi.

Ali Zarinin kim olduğunu bilmirdi, çalışırdı ki, bu qızçığazın qorxusuna mane olsun.  Zarin isə çox qorxurdu, sanki o musiqi səsindən ilham alırdı, musiqi səsi kəsildikdən sonra ona heç bir təsəlli bəhs etmirdi özünü ələ almağa. Zarin ayağa qalxaraq dəli kimi qaçmağa başladı. Elə bu zaman musiqi kəsildiyi yerdən davam etməyə başlayır. Zarin ayaq saxlayır. Musiqi daha yaxından eşidiləndə, daha heyrətamiz olurdu. “Bura kimi gəlmişəm bir az da yaxından dinləyim, belə necə çala bilir, həm də qorxulu insan deyil, deyəsən” geri dönərək bir ağaca söykənir və sonunacan dinlədikdən sonra:

- İfa edərkən niyə ağlayırsan? – deyə soruşur.

Ali:

- Uzun zaman oldu insan görmədim, bəlkə də buna görə.

- Adın nədir?

- Adım Alidir. Bəs sənin?

- Zarin. Bunu necə öyrənmisən? Mənə də öyrədə bilərsənmi?

Ali çox sevindi, heç düşünə bilməzdi ki, kimsə ona etibar edər. İlk dəfə idi ki, kimsə ondan nəsə istəmişdi.

Zarin o gecə Aliyə inanırdı nədənsə, bəlkə də meşədə Alidən başqa inanmağa kimsə yox idi. Alinin davranışı, sakitliyi, susqunluğu Zarini sakitləşdirdi.

O gecə Zarini Ali, meşənin çıxışına qədər gətirir. Daha çatmışıq, az qalıb, buradan özüm gedə bilərəm, - deyib vidalaşırlar. Ali yol getdikcə dodağına qonan təbəssüm gözlərini parıldadırdı, sanki buz bağlamış ürəyinə bu gün günəş istisi düşmüşdü. Qaranlıq sabahlarına doğan bir nur vardı daha...

Zarin evə çatır. Pəncərədən evə giri, ipi gizlədir və pəncərənin qarşısına yenə yaxınlaşır.

“O kim idi?” sanki yuxu idi bu yaşananlar, musiqi səsindən doymamışdı Zarin.

Səhər açılırdı. Ali meşədə Zarin otağında bu günkü axşamın gəlişini növbələşirdilər. Beləcə hər gecə günəş batandan sonra onlar üçün başlayan həyat hökm sürürdü. Ali isə Zarinin qorxduğunu bilərək musiqi ifa edə-edə meşənin çıxışına gəlir, Zarini qarşılayırdı. Zarin isə hər gün yemək bişirib gətirir, onlar birlikdə yeyir və səssiz daxmaya çəkilib, qıza skripka çalmağı öyrədirdi. Zaman keçdikcə bu münasibət sebgiyə çevrilirdi. Artıq Zarin üçün canavarlar, meşənin qaranlığı qorxulu deyildi. Gözəl bir sevgi yaşanırdı kimsənin bilmədiyi bu musiqi sədaları altında.

Beləcə aylar keçirdi. Zarin o gecə yemək hazırladı, pəncərənin qarşısında günəşə baxdı, üfüqdə batmasını gözlədi. Amma bu gecə musiqi səsi gecikirdi, səslənmirdi. Bir neçə saat keçdi, lakin, musiqi səsi gəlmədi. Zarin narahat idi, qorxurdu. Alinin başına nə isə gəldiyini duyurdu. Onun daha musiqini gözləməyəsəbri çatmır, evdən çıxaraq, dumadan meşəyə qaçırdı. Bu gün musiqi yox idi, qoorxulu meşədə hüzn vardı elə bil. Zarin yıxılır, qalxır, əlləri qan içində yorulmadan qaçırdı. O daxmaya çatanda Alini çağırır və hər yeri axtarırdı. Nə Ali vardı, nə də bir iz. Birdən onun gözü yerə düşmüş skripkaya sataşır. Hönkürərək onu çalmağa başlayır. Alinin eşidib gələ biləcəyini zənn edən qız aramsız ifa edirdi. Sonda əldən düşən Zarin skripkanı alıb evə qayıdır və hər kəsin onu axtardığını görür.

Nüsrət ağa Zarini qamçıyla döyərək işgəncə verir. Hər şeyi öyrəndiyini və Nüsrət ağanın qızı bir tək dilənçini, bir yetimi necə sevə bilər, deyir? Zarinə artıq Alinin öldürüldüyünü deyir. Bunu eşidən qız yerə yıxılır, bədənindən axan qanla ürəyindən axan qan bir-birinə qarışır. Bu azmış kimi qızını otağında ayağından bağlayaraq Nüsrət ağa qızına cəza verir.

O gündən sonra heç vaxt danışmadı otağında, hər gecə pəncərəyə baxıb sanki musiqi səsi gələcək ümidini yaşadırdı yaralı qəlbində. Alinin ölümünü eşıdən Zarin artıq yetəri qədər ağrı çəkirdi, ona işgəncə faydasız idi.

Bir neçə ay keçir. Alidən qalan tək skripka idi. Hər gecə evin damına şıxıb Alidən öyrəndiklərini ifa edirdi Zarin. Əvvəllər  Ali onu səsləyirdisə, indi o musiqi ilə həmin vaxtda Zarin onu səsləyirdi.

Bu səs kiçik kəndi hüznə boyamışdı gecələr. Zarinlə bərabər kənd də bu hekayəni duyan hər kəs musiqi səsində matəm edirdi.

Nüsrət ağa bu sevgi qarşısında boyun əymişdi, peşimançılıq faydasız idi. Nüsrət ağa qızı ilə danışmağa çalışsa da, Zarin aylar susur, aylarla bir kəlmə belə demirdi.

O, gecə skripkanı aldı və ifa etmək üçün hazırlaşdı. Birdən meşədən ucalan skripka səsi sanki bir yuxu idi... O səs sanki yuxuda eşıdilirdi. Bu səs kənddə insanları, meşədə heyvanları susdurmuşdu. Zarin heyrət içində idi, skripkanı götürərək evdən çıxır. Qapıdan çıxarkən onu nə atası, nədə bir kimsə saxlaya bilməyəcəyi qədər güclü idi. O qarşısı alınmaz olmuşdu. Onda sevgidən doğan ilahi güc vardı.

Zarin dəli kimi qaçırdı, heç bir şeyin önəmini  düşünmədən. Bu kimdir, Alidirmi? O səsimi duydumu? Ağlında yaranan cavabsız suallara cavab tapmayaraq qaçırdı. Amma, bu ifa Alinin ifası kimi gözəl səslənmirdi...

Ora çatanda bunun səbəbini daha yaxşı başa düşdü. O, ifaçının üzündə saqqal, üzündə utanc, gözlərində yaş vardı. O ifaçı bir qolu ilə ifa edirdi. Bu, Ali idi. Aman  Allah, ona nə olub belə? Zarin Alinin ətrafında dövrə vuraraq göz yaşlarıyla onu dinləyirdi. Tək qolla ifa çox çətin idi. Musiqi sona çatdı və qız soruşdu:

- Sən harada idin? Sənə nə olub, dedilər ki, ölmüsən...

- Mən sağaldıqdan sonra tək qolla ifa edərək səni səsləmək üçün bu günə kimi çalışdım.

- Mən ölümünə inana bilmirdim. Qolunu kim belə etdi?

- Atan məni ağır yaraladı, silahla qolumu kəsdirdi, məni bir yerə atdı, uzaq bir yerə. Sonra məni bir yaşlı kişi ilə bir qarı tapdı və sağaltdı. Sonra utandım gəlməyə, məni qəbul etməzsən, məndən utanarsan deyə düşündüm.

- Bunu necə düşünə bilərsən? Mən hər gecə səni səslədim, səndən öyrəndiklərimlə.

Ali dedi:

- Sonra duydum ki, kiçik bir kənddə bir qızın Sevgisinin qüdrəti insanların gözünü yaşlı edib, o kəndi boğub musiqilərində. Sən ifa edərkən mən burada dinləyirdim, amma skripka düzəltdirdim ki, bir gün səndən öncə ifa edim.

Zarin o gündən sonra evinə getmir. Nüsrət ağa onları evinə çağırsa da , Zarin atasını bağışlamaq istəmir, təklifindən imtina edir. Sonralar Ali balıq ovuna gedər, Zarin isə balıqları kənddə satarmış. Nüsrət ağa qızına dəstək üçün ondan xəbərsiz kəndin sakinlərinə pul verərdi ki, qızının satdığı balıqların hamısını alsınlar. Onların bir övladı dünyaya gəlir və ona dəmirçi Əhmədin adını verirlər.

Bir gün qızının kəndə gəlmədiyini görən Nüsrət ağa narahat olur və meşəyə gəlir. Hava çox soyuq və şaxtalı idi. Soyuq damarlarda qanı belə dondururdu. Nüsrət ağa adamları ilə Alinin daxmasına çatır, qapını aşır və görür ki, iki buz bağlamış bədən soyuq, rütubətli daxmada. Nüsrət ağa dizlərini yerə dayayıb “mənim günahımdır” deyə bağırır, ağlaya-ağlaya. Hava soyuq olduğundan Ali və Zarin körpə Əhmədin üstünü basdırmışdılar. Öz  örtüklərini də Əhmədin donmaması üçün onu bürümüşdülər. Uşaq sağ idi, donmamışdı. Nüsrət ağa baxır ki, uşaq ağlayır, sağdır. Onu tez evə göndərir. Zarin və Alini elə o daxmada dəfn edən ata, körpəni öz yanında saxlayaraq böyütməyə başlayır. Aşiqlərin dəfn olunduğu daxma o gündən ziyarətgaha çevrilir.

Əhməd böyüdükdən sonra bu əhvalatı babasından öyrənir. Baba bu əhvalatdan ömrü boyu əzab çəkdiyini, bu dərdin onu yatağa saldığını söyləyir və nəvəsindən onu bağışlamağını xahiş edir. əhməd atası kimi mərd və tərbiyAli idi. ”Səni ilk öncə Allahbağışlasın” deyərək babasının Alini tutur. Nüsrət ağa gülümsəyərək gözlərini yumur. Əhməd babasının ölümündən sonra ağalığa sahib olur, kənddə hər kəsin borcunu silir. Əkin əkmək üçün toxumları münasib qiymətə satır.

Gecə olduğunda atını çapardı ata-anasının məzarına və məzarlığın üstündə olan heyrətamiz skripkanı əlinə alıb atasının ifa etdiyi təpənin üstünə qalxar və musiqi səsləndirərdi.

Turqut