​Müşfiq Mədətov və Vəli Vəliyev azadlığa çıxdılar

Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev azadlığa çıxıblar.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları oktyabrın 14-də Müşfiq Mədətova silahlı hücumdan sonra araşdırma yekunlaşana qədər saxlamışdı.
Xatırladaq ki, M.Mədətov onu bıçaqlamış xuliqanların hücumunun qurbanı olub. Məişət zəminində münaqişə sonradan dramatik əhvalata çevrilib – bundan sonra xuliqanlar polisə atəş açıb və nəticədə, polis rəisinin müavini Orxan Axundzadə ağır yaralanmışdı.
Hazırda hadisənin araşdırılması davam etdirilir(virtualaz.org).