Müsavatın vətənə dönüşünün 25-ci ildönümü qeyd edildi

Bu gün Müsavat Partiyasında bayram tədbiri keçirilib. Müsavatçılar şirniyyat süfrəsi arxasında partiyanın vətənə dönüşünün – III (bərpa) qurultayının 25-ci ildönümü qeyd ediblər.
 
Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, istiqlalçı millət vəkilləri Məryəm Həsənova və İsgəndər Həmidov, professor Almaz Əliqızı və digərləri çıxış ediblər.